"İran ordusu ölkəsinin ərazi bütövlüyünü, müstəqilliyini və siyasi quruluşunu qorumağa tam hazırdır".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İran ordusunun baş komandanının müavini, kontr-admiral Həbibulla Səyyari bildirib.
“Biz düşmənə zərər vurmaq imkanlarına malikik və o çox yaxşı anlayır ki, istənilən avantüra onun üçün ciddi itkilərlə nəticələnəcək”, - o qeyd edib.
Səyyarinin sözlərinə görə, ABŞ Yaxın Şərqə böyük miqdarda Amerika qüvvələrinin göndərilməsi ilə bağlı bəyanatlarla İslam Respublikasını qorxutmağa çalışır, lakin İran ordusu ölkəsinin ərazi bütövlüyünü, müstəqilliyini və siyasi quruluşunu müdafiə etməyə tam hazırdır:
"İrana qarşı yönəlmiş istənilən avantüra ABŞ üçün ciddi itkilərlə nəticələnəcək".