Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran İsrailə sərt xəbərdarlıq etdi

2 dəq
Paylaş:
İran İsrailə sərt xəbərdarlıq etdi

İranda öz səfirliklərinə hücum ediləcəyi təqdirdə İsrailin obyektlərinə mümkün zərbələr barədə edilib.

"Report" xəbər verir ki, bu barədə İranın "Mehr" informasiya agentliyi İran silahlı qüvvələrinin "Xətəm əl-Ənbiya" mərkəzi qərargahına istinadən məlumat yayıb.

"İsrailin İran səfirliklərinə hər hansı hücumu regiondakı bütün İsrail səfirliklərini İran silahlı qüvvələri üçün hədəfə çevirəcək", - bəyanatda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax