Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-nin sülh təklifinə verdiyi cavabı araşdırır

1 dəq
Paylaş:
İran ABŞ-nin sülh təklifinə verdiyi cavabı araşdırır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, və İran vasitəsilə atəşkəs təklifləri mübadiləsi aparıblar.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Bəqayinin sözlərinə görə, İranın təqdim etdiyi ilkin 14 bəndlik mətnlə bağlı bir neçə mesaj mübadiləsi həyata keçirilib.

“Biz Amerika tərəfinin mövqeyini almışıq və onu öyrənirik”, - deyə o bildirib.

Bəqayi bu açıqlamanı Pakistanın naziri Möhsin Nəqvinin İrana səfəri zamanı verib.

Qeyd edək ki, Pakistanın daxili işlər naziri Möhsin Nəqvi mayın 20-də İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana səfər edib.

Münaqişədə vasitəçi kimi çıxış edən Pakistan 11–12 aprel tarixlərində Vaşinqton və Tehran arasında danışıqların ilk mərhələsinə ev sahibliyi etsə də, tərəflər həmin görüşlərdə razılığa gələ bilməyiblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax