Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran BMT-də terrorla mübarizə öhdəliklərini bir daha təsdiqləyib

2 dəq
Paylaş:
İran BMT-də terrorla mübarizə öhdəliklərini bir daha təsdiqləyib

İyunun 30-da Nyu-Yorkda keçirilən Təşkilatının (BMT) Dördüncü Konfransında İranın BMT-dəki səfiri və daimi nümayəndəsinin müavini çıxış edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, diplomat İranın terrorizmlə mübarizə sahəsində regional və səylərin ön cəbhəsində yer aldığını bildirib.

Qeyd olunub ki, Qulam Hüseyn Dərzi İranın “İŞİD” kimi terror qruplaşmalarının məğlub edilməsində mühüm rol oynadığını vurğulayıb və bu mübarizənin region ölkələri tərəfindən də dəstəkləndiyini qeyd edib.

Məlumata görə, çıxış zamanı o, “İŞİD”in məğlubiyyətinə baxmayaraq, qruplaşmanın yenidən dirçəlmə riskinin qaldığını diqqətə çatdırıb.

Bildirilib ki, İranlı diplomat xarici qüvvələrin, xüsusilə ABŞ-ın regiondakı mövcudluğunu tənqid edərək, bu müdaxilələrin terrorçu qruplaşmalar üçün şərait yaratdığını və beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu iddia edib.

Qeyd edilib ki, Dərzi İranın terrorla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərdən də danışıb, o cümlədən Tehranda keçirilən “AALCO” Regional Konfransını xatırladaraq bunun regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Məlumata əsasən, o, İranın terrorun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırdığını və müvafiq beynəlxalq konvensiyalara qoşulduğunu bildirib.

Sonda Qulam Hüseyn Dərzi BMT platformasında terrorla mübarizə proseslərində şəffaflığın və üzv dövlətlərlə sıx məsləhətləşmələrin vacibliyini qeyd edib, bu mexanizmlərin siyasi məqsədlər üçün istifadə olunmamasının üçün mühüm olduğunu vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax