İranlı millət vəkili Fətullah Təvəssoli Tehran rəhbərliyinin əsas siyasi xəttindən geri çəkilməyəcəyini və “Müqavimət oxu”nun qorunmasının prioritet olaraq qalacağını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə cümə günü açıqlama verib.
Təvəssoli qeyd edib ki, İran Livanı dəstəkləmək məqsədilə İsrailə qarşı həyata keçirilən əməliyyatlarla öz strateji mövqeyini nümayiş etdirib.
Onun sözlərinə görə, İslam Respublikası öz dəyərləri üzərində hər hansı kompromisə getməyəcək və “Müqavimət oxu”nun zəiflədilməsinə imkan verməyəcək.
Deputat vurğulayıb ki, Tehran regional siyasətdə müttəfiqlərinə dəstək verməyə davam edir və bu mövqe dəyişməz qalacaq.