İranın xarici işlər naziri Abbas Əraqçi Omanla Hörmüz boğazının statusu ilə bağlı aparılan danışıqların yekun mərhələyə çatdığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Əraqçi bildirib ki, tərəflər arasında aparılan müzakirələr son mərhələyə daxil olub və yekunlaşmaq üzrədir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də məsələ ilə bağlı açıqlamasında Hörmüz boğazının statusunun müharibədən əvvəlki vəziyyətə qayıtmayacağını bildirib.
"İran ilə Oman arasında aparılan danışıqlar yekunlaşmaq üzrədir və son mərhələyə keçib. Bu danışıqlar yalnız iki ölkə arasında aparılır və üçüncü tərəflərə aid deyil", -Bəqayi vurğulayıb.
O, həmçinin ABŞ-nin təhdidləri fonunda Tehranın mövqeyinin dəyişməyəcəyini qeyd edib:
"Əgər amerikalılar avantüraya əl atsalar, qəti cavab alacaqlar".