İran rəsmiləri ABŞ-nin Lark adasına endirdiyi zərbəyə görə sərt cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “The Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat katibi, briqada generalı Hüseyn Mohebi açıqlama verib.
Hüseyn Mohebi baş verən hadisəni ABŞ Prezidenti Donald Tramp administrasiyasının “strateji və ölümcül səhvi” kimi qiymətləndirib.
SEPAH-ın yaydığı məlumata əsasən, Larak adasına edilən hücum nəticəsində bir neçə hərbçi və mülki şəxs həlak olub.
İran tərəfi bu addımın Vaşinqton üçün “ciddi nəticələrə” səbəb olacağını vurğulayıb.
Hadisə ilə bağlı yayılan detallarda qeyd olunur ki, ABŞ qüvvələri Larak adasındakı İranın raket buraxılış qurğularını hədəf alıb.
Bu, Donald Trampın iyul ayının sonlarında iki həftəlik hərbi kampaniyanı dayandırmasından bəri ABŞ-nin İrana qarşı həyata keçirdiyi ilk məlum hərbi zərbə kimi qeydə alınıb.