İran prezidenti İbrahim Rəisi İranın şimal-qərbindəki Urmiya əyalətində baş verən zəlzələdən bir həftə sonra zərər çəkən rayonları ziyarət etmək üçün azərbaycanlıların yaşadığı Xoy şəhərinə gəlib.
"OPERATİV MƏLUMAT MƏRKƏZİ - OMM" xəbər verir ki, bu barədə informasiyanı IRNA agentliyi yayıb.
O, səfəri zamanı "Xoy şəhərində zəlzələdən zərər çəkmiş sakinlərin problemlərini həll etmək ölkə hökumətinin və hakimiyyət orqanlarının vəzifəsidir" sözlərini deyib.