İran prezidenti İbrahim Rəisi bildirib ki, Qərb sanksiyalarla İranı təcrid edə bilmədi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rəisi bunu yerli və xarici jurnalistlər üçün təşkil etdiyi mətbuat konfarsında İranın daxili və xarici siyasətini dəyərləndirərkən deyib.
Prezident qeyd edib ki, Qərb əlindən gələni etdi ki, İran uranın zənginləşdirə bilməsin, amma onlar istəyinə nail ola bilmədilər.