Əsas məzmuna keç

İran Prezidenti Belarusa səfər edəcək

İran Prezidenti Belarusa səfər edəcək

bu barədə İran İslam Şurası Məclisinin Belarus Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Əliəsgər Bağerzadə Minskdə jurnalistlərə bildirib....

İran Prezidenti yaxın zamanda Belarusa səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupunun rəhbəri Əliəsgər Bağerzadə Minskdə jurnalistlərə bildirib.

Belarus KİV-lərinin yaydığı məlumata görə, İran Prezidentinin qarşıdakı səfəri ikitərəfli layihələrin, o cümlədən humanitar sahədə layihələrin həyata keçirilməsinə yeni təkan verəcək.

"Bir sıra Qərb dövlətlərinin birtərəfli yanaşmalara can atdığı hazırkı geosiyasi vəziyyətdə Belarus və İran ədalətli və çoxqütblü dünya nizamını birlikdə qurmaq niyyətini təsdiqləyiblər", - Ə.Bağerzadə əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…