Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran BMT Təhlükəsizlik Şurasına Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

2 dəq
Paylaş:
İran BMT Təhlükəsizlik Şurasına Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Hörmüz yalnız İrana qarşı hərbi əməliyyatlarda iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İranın naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə zamanı deyib.

"Bu su yolu İrana qarşı hərbi təcavüzdə iştirak edən tərəflərin gəmiləri üçün bağlıdır və qərar hüququn prinsiplərinə əsaslanır, İrana qarşı qeyri-qanuni hücumlar həyata keçirmək üçün Hürmüz boğazından sui-istifadənin qarşısını almaq məqsədi güdür", - o deyib.

Əraqçi bildirib ki, digər ölkələrə məxsus gəmilərin hərəkəti İranın səlahiyyətli orqanları ilə razılaşdırılmaqla həyata keçirilir:

"ABŞ-İsrail və onların tərəfdarlarının, o cümlədən BMT Şurasının Hörmüz boğazındakı vəziyyətlə bağlı hər hansı təxribat xarakterli hərəkəti vəziyyəti yalnız daha da mürəkkəbləşdirəcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax