İran nümayəndə heyəti hələ Pakistana gəlməyib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə TASS agentliyinə danışan iranlı mənbə məlumat verib.
Mənbə bildirib ki, İsrailin Livana hücumları dayandırılmayana qədər danışıqların başlaması mümkün deyil.
Qeyd olunub: “Nümayəndə heyəti hələ gəlməyib və İsrail Livana hücumlarını davam etdirərsə, danışıqlar mümkün deyil”.
Həmçinin vurğulanıb ki, mövcud şəraitdə diplomatik proseslərin başlanması üçün əsas şərt bölgədə hərbi əməliyyatların dayandırılmasıdır.