ABŞ-nin İrana qarşı təşkil etdiyi son hücumların nəticəsində azı 18 nəfər həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında 2 qadın və 1 uşaq da var.
Hücumlar zamanı ümumilikdə 142 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.
Kermanpurun sözlərinə görə, yaralananların 61-i qadın, 44-ü isə 18 yaşından aşağı olan şəxslərdir.
İran rəsmisi bildirib ki, açıqlanan rəqəmlərin arxasında insan taleləri dayanır və hər bir itki bir ailə üçün böyük faciədir.