Operativ Məlumat Mərkəzi

İran Livan və İsrail arasında atəşkəs əldə edilməsinə dair Rusiyanı dəstəkləyir

1 dəq
Paylaş:
İran Livan və İsrail arasında atəşkəs əldə edilməsinə dair Rusiyanı dəstəkləyir
bunu "RİA Novosti"yə İranın xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Hacı deyib. “Biz atəşkəsin yaradılmasına kömək edəcək istənilən qərarı və...

İran Rusiya və digər ölkələrin İsraili və onun Livandakı əməliyyatını dayandırmaq səylərini dəstəkləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "RİA Novosti"yə İranın xarici işlər nazirinin baş müşaviri Əli Əsgər Hacı deyib.

“Biz atəşkəsin yaradılmasına kömək edəcək istənilən qərarı və istənilən addımı alqışlayırıq. İstər Rusiya, istərsə də qarşı tərəf. Biz bu cür səyləri dəstəkləyirik”, - deyə o, qeyd edib.

Diplomat bildirib ki, Livanla bağlı bütün məsələlər üzrə Rusiya tərəfi ilə məsləhətləşmələr davam edir və heç bir məsələ bu baxımdan istisna deyil.

Onun sözlərinə görə, İsrail rəsmilərinin açıq bəyanatlarının da göstərdiyi kimi, İsrail faktiki olaraq Livanda sülh istəmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər