İranın iştirakı ilə mümkün müharibə ilə bağlı mətbuatda yayılan şayiələr regionda gərginliyi artırmaq məqsədi daşıyır, lakin Tehran istənilən ssenariyə hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani "Sputnik Ermənistan"a müsahibəsində bu məsələyə toxunub.
Bəzi media qurumları daha əvvəl İranla münasibətlərdə gərginliyin artması səbəbindən ABŞ-ın Yaxın Şərqə əlavə güc və resurs köçürməsi barədə məlumat vermişdilər.
Pentaqonun sözçüsü Sin Parnell izah edib ki, tədbirlər “sabitliyi təşviq etmək, təcavüzün qarşısını almaq və ticarətin sərbəst axını təmin etmək” məqsədi daşıyır.
"Bunlar əsasən informasiya məkanında yayılan şayiələrdir. Məqsəd regionda vəziyyəti süni şəkildə pisləşdirməkdir. Bu povestlər və onların yaratdığı psixoloji ab-hava bizə təsir etmir. Eyni zamanda, diplomatiya pəncərəsinin açıq qaldığına inanırıq, istənilən avantüraya hazırıq", - diplomat bildirib.
Onun sözlərinə görə, bu cür sızmalar bilərəkdən yaradılır və müəyyən məqsədlərə xidmət edir.