Əsas məzmuna keç

İran Hörmüz boğazında İsrail və ABŞ müttəfiqlərinin gəmilərinin keçidinə qarşı sərt tədbirlər barədə xəbərdarlıq edib

İran Hörmüz boğazında İsrail və ABŞ müttəfiqlərinin gəmilərinin keçidinə qarşı sərt tədbirlər barədə xəbərdarlıq edib

ABŞ və İsraillə müttəfiq ölkələrin limanlarına doğru və həmin limanlardan hərəkət edən gəmilərin hərəkəti qadağandır."Operativ Məlumat Mərkəzi-OMM"-in...

en ru

və İsraillə müttəfiq ölkələrin limanlarına və həmin limanlardan hərəkət edən gəmilərin hərəkəti qadağandır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanat yayıb.

Bildirilib ki, bu gün səhər ABŞ Prezidentinin boğazının guya açıq olması ilə bağlı bəyanatlarından sonra müxtəlif ölkələrə məxsus üç konteyner gəmisi icazə almış gəmilərin istifadə etdiyi hərəkət dəhlizinə doğru yönəlib, lakin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığından sonra geri qaytarılıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri bəyan edib ki, Hörmüz boğazı bağlıdır və bu boğazda hər hansı hərəkət sərt müdaxilə ilə qarşılanacaq.

Əlavə edilib ki, ABŞ və İsrailin müttəfiqləri və tərəfdarlarının limanlarından çıxan və ya həmin limanlara yönələn istənilən gəminin hərəkəti istiqamətindən və istifadə olunan dəhlizdən asılı olmayaraq, qadağandır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…