İranda terror aktları və partlayışlarda təqsirləndirilən müxalif "Mücahidin-e Xalq" (İran xalqının mücahidləri təşkilatı) qruplaşmasının daha iki üzvü edam edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın SNN telekanalı rəsmi məlumat yayıb.
Edam edilən şəxslər partlayıcı qurğuların hazırlanmasında və dövlət qurumlarına qarşı qumbaraatanla terror aktlarının törədilməsində təqsirli biliniblər.
Məlumata əsasən, İranın Ali Məhkəməsi ölüm hökmünü təsdiqlədikdən sonra, martın 31-i səhər saatlarında məhkumların cəzası icra olunub.
Xatırladaq ki, bir gün öncə də İran mediası "Mücahidin-e Xalq" qruplaşmasına aid daha iki nəfərin edamı barədə xəbər yaymışdı.