Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BƏƏ-yə hücum iddialarını rədd etdi

2 dəq
Paylaş:
BƏƏ-yə hücum iddialarını rədd etdi

İranın yüksəksəviyyəli adı açıqlanmayan rəsmilərindən biri Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə şəhərindəki obyektlərinə hücum edildiyi iddialarını rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

“İranın sözügedən neft obyektlərinə qarşı əvvəlcədən hücum cəhdi olmayıb. Baş , ordusunun Hörmüz boğazının qadağan olunmuş marşrutlarından qanunsuz gəmi keçidi üçün yol açmaq kimi macərapərəst fəaliyyətinin nəticəsidir. Bunun məsuliyyəti Amerika ordusunun üzərinə düşür”, - o qeyd edib.

ABŞ-li rəsmilərin diplomatiyada güc tətbiq etmək kimi çirkin davranışlardan əl çəkməli olduğunu bildirən İranlı rəsmi əlavə edib:

“ABŞ dünya üzrə bütün ölkələrin iqtisadiyyatına təsir edən bu həssas neft bölgəsində macərapərəstliyini dayandırmalıdır".

Bundan əvvəl İranın BƏƏ və Umman ərazilərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil etdiyi iddia olunmuşdu.

BƏƏ isə Fuceyrədə neft sənayesi bölgəsində yanğın baş verdiyini və hücum nəticəsində 3 nəfərin yaralandığını açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax