İran, ABŞ-nin İran ərazisinə hücumlarına yardım etməkdə günahlandırdığı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) təzminat tələb edir.
“Operativ Məlumat Mərkəzi-OMM” "Nournews"-a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.
"BƏƏ-nin zərbələrin endirilməsi üçün öz ərazisindən istifadə edilməsinə icazə verməsi beynəlxalq hüququn pozulmasıdır. Dövlətlər buna görə məsuliyyət daşıyır. BƏƏ İrana dəymiş maddi və mənəvi ziyanı ödəməlidir", - məktubda deyilir.