İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) donanması son 24 saat ərzində Hörmüz boğazından 15 gəminin təhlükəsiz keçidini təmin etdiyini bəyan edib. Məlumata görə, həmin gəmilər arasında 4 neft tankeri də yer alıb.
SEPAH-ın yaydığı açıqlamada bildirilir ki, gəmilərin hərəkəti qurumun koordinasiyası və təhlükəsizlik dəstəyi ilə həyata keçirilib. Regionun strateji əhəmiyyətli su yollarından olan Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin qorunması daim nəzarətdə saxlanılır.
İran tərəfi vurğulayıb ki, sözügedən əməliyyat beynəlxalq dənizçilik qaydalarına uyğun şəkildə icra olunub.