Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-ni Beynəlxalq Cinayət Məhkəməsini tənqid etdiyinə görə qınayıb

2 dəq
Paylaş:
İran ABŞ-ni Beynəlxalq Cinayət Məhkəməsini tənqid etdiyinə görə qınayıb

İranın hüquqi və məsələlər üzrə nazirinin müavini ABŞ-nin Cinayət Məhkəməsini (ICC) korrupsiyada ittiham etməsini sərt şəkildə pisləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tehran Vaşinqtonun bu mövqeyini beynəlxalq hüquq sisteminə və ədalət mühakiməsinə qarşı təzyiq kimi qiymətləndirib.

Bildirilib ki, ABŞ-nin ICC-nin fəaliyyəti ilə bağlı səsləndirdiyi korrupsiya iddiaları beynəlxalq müstəvidə geniş müzakirələrə səbəb olub. Kazem Qəribabadi Vaşinqtonun ittihamlarını əsassız adlandıraraq, ABŞ-nin beynəlxalq qurumların nüfuzuna xələl gətirməyə çalışdığını bildirib.

İran rəsmisi qeyd edib ki, qlobal ədalətin təmin olunmasında mühüm rol oynayır və bu quruma qarşı yönəlmiş tənqidlər siyasi xarakter daşıyır.

Qeyd olunub ki, Tehranın reaksiyası ABŞ və İran arasında beynəlxalq hüquq institutlarına yanaşma ilə bağlı mövcud fikir ayrılıqlarını yenidən gündəmə gətirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax