Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ-nin Hindistan gəmilərinə hücumunu "dövlət piratlığı" adlandırıb

2 dəq
Paylaş:
İran ABŞ-nin Hindistan gəmilərinə hücumunu "dövlət piratlığı" adlandırıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai özünün "X" hesabında ABŞ-nin Hindistanın ticarət gəmilərinə qarşı təşkil etdiyi hücumları "" kimi qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu hərəkətlərin Vaşinqtonun silahlı soyğunçuluq və qanunsuzluq siyasətinin bariz nümunəsi olduğunu vurğulayıb.

Baqai hücumlar nəticəsində həlak olan hindistanlı dənizçilərin ailələrinə və yaxınlarına başsağlığı verib.

İran rəsmisi ictimaiyyəti ABŞ-nin bu qanunsuz əməllərinə qarşı tədbir görməyə çağırıb.

Onun sözlərinə görə, ABŞ-nin bu addımları qlobal sülhə və təhlükəsizliyə, eləcə də dənizdə naviqasiya azadlığına ciddi təhdid yaradır.

Son günlər Oman suları yaxınlığında heyətinin idarə etdiyi ticarət gəmilərinə qarşı ABŞ-nin həyata keçirdiyi hücumlar bölgədə gərginliyi daha da artırıb.

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığı "" adlı tankerin mühərrik bölməsinə iki "Hellfire" raketi atıb. ABŞ tərəfi gəminin İran neftini daşıdığını iddia edir.

Hindistan rəsmiləri isə gəmidəki 20 nəfərlik heyətin təhlükəsiz olduğunu və Omanın yardımı ilə evakuasiya edildiklərini açıqlayıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax