Operativ Məlumat Mərkəzi

İran BRİKS ölkələrinin ödəniş sistemlərini birləşdirməyi təklif edir

2 dəq
Paylaş:
İran BRİKS ölkələrinin ödəniş sistemlərini birləşdirməyi təklif edir
bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib. O qeyd edib ki, Rusiya və İranın milli ödəniş sistemlərinin...

İran milli ödəniş sistemlərinin birləşdirilməsi mexanizminin bütün BRİKS ölkələrinə genişləndirilməsini təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında bildirib.

O qeyd edib ki, Rusiya və İranın milli ödəniş sistemlərinin iki ölkənin mərkəzi bankları vasitəsilə birləşdirilməsi prosesi başa çatıb.

Kənani qeyd edib ki, bunun tərkib hissəsi olaraq ticarət müqavilələrinin milli valyutalara köçürülməsi üçün lazımi şərait yaradılıb.

Diplomat, "İranın bu mexanizmin BRİKS ölkələrini də əhatə edəcək şəkildə genişləndirilməsi təklifini Rusiya tərəfinə çatdırdığı danışıqları davam etdiririk", - deyib və Rusiya tərəfinin bu təklifə müsbət yanaşdığını vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi ümid edib ki, İran və Rusiya Federasiyası arasında ticarəti asanlaşdırmaq üçün mövcud alətlər BRİKS ölkələrini də əhatə edəcək şəkildə genişləndiriləcək. O, bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər