Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranın şok etirafı: ABŞ ilə diplomatik əlaqələr gərginləşir

2 dəq
Paylaş:
İranın şok etirafı: ABŞ ilə diplomatik əlaqələr gərginləşir

İran Xarici İşlər Nazirliyi Tehran və Vaşinqton arasında mesaj mübadiləsinin davam etdiyini, lakin son hadisələrin qarşılıqlı etimadı ciddi şəkildə zəiflətdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tərəflər artıq yüksək səviyyədə etimadsızlıq şəraitində əlaqə saxlayır.

“Bu hadisələr, şübhəsiz ki, etimadsızlığı artırır. Biz artıq çox güclü şübhə şəraitində Amerika tərəfi ilə mesaj mübadiləsi aparırıq. Son 24 saat ərzində baş verənlər prosesdəki bu əlverişsiz vəziyyəti daha da ağırlaşdıracaq”, - deyə Bəqayi bildirib.

Məlumata görə, 7 iyun axşamı İran İsrailin şimalına raketlər atıb. İsrail tərəfi isə bütün raketlərin zərərsizləşdirildiyini iddia edib.

Gərginlik İsrailin Beyrut ətrafında Hizbullah hədəflərinə endirdiyi hücumlardan sonra daha da artıb. İsrail bu hücumların Hizbullahın ərazilərinə raket atmasına cavab olduğunu bildirib.

İranın raket hücumlarından sonra İsrail Müdafiə Qüvvələri (İMQ) həmin gecə İrana qarşı bir sıra zərbələr endirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax