Operativ Məlumat Mərkəzi

İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb

1 dəq
Paylaş:
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
bu barədə Reuters məlumat yayıb. Danışıqlar Omanın Romadakı səfirliyində keçirilir. Qeyd edək ki, İran-ABŞ danışıqlarının əvvəlki raundları İtaliya və...

İran və ABŞ arasında dolayı danışıqların beşinci raundu başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Danışıqlar Omanın Romadakı səfirliyində keçirilir.

Qeyd edək ki, İran-ABŞ danışıqlarının əvvəlki raundları İtaliya və Omanda keçirilib.

Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Araqçi, ABŞ-dan isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

İran-ABŞ danışıqlarının 4-cü raundundan sonra Stiv Uitkoff bildirib ki, ABŞ İranda uranın bir faiz belə zənginləşdirilməsini qəbul etməyəcək. İran XİN rəhbəri Abbas Araqçi buna cavab olaraq bildirib ki, razılıq əldə olunub-olunmasa da, uranın zənginləşdirilməsinə dəfələrlə qadağa qoyulmasına baxmayaraq, Tehran bu prosesi davam etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər