Operativ Məlumat Mərkəzi

İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır

1 dəq
Paylaş:
İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır
bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib. "Biz...

Rəsmi Tbilisi Azərbaycanla bütün sahələrdə münasibətləri intensivləşdirməyi hədəfləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

"Biz şadıq ki, Azərbaycan Gürcüstanın ilk beş ticarət tərəfdaşı sırasındadır və ticarəti genişləndirməyə hazırıq", - o bildirib.

İ.Kobaxidze vurğulayıb ki, Azərbaycan və Gürcüstan Avropanı Asiya ilə birləşdirir:

"Buna görə də bu potensialdan maksimum istifadə etmək lazımdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər