"Azərbaycan "yaşıl keçid"in əsas iştirakçılarından biridir"

"Azərbaycan "yaşıl keçid"in əsas iştirakçılarından biridir"
25.09.2024 10:40
Aa
dəq

Bu gün Azərbaycan dünyanın əsas prioritet hesab etdiyi "yaşıl keçid"in əsas iştirakçılarından biridir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

"Ölkəmizin iqlim dəyişikliyi məqsədlərinin qlobal çağırışlarla sıx uzlaşması artıq bizim üçün müəyyən təcrübə yaradıb. Böyük enerji şirkətləri ilə icra etdiyimiz “yaşıl layihə"lər ölkəmizin "təmiz enerji" ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb.

Biz müəyyən öhdəliklər götürmüşük. "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda növbəti ortamüddətli dövrdə elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının və tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin artırılması kimi hədəflər qoyulub. Yaxud, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Dövlət Neft Şirkətinin (SOCAR) metan tullantılarının sıfıra endirilməsi ilə bağlı könüllü öhdəlik götürməsini misal göstərmək olar", - deyə o qeyd edib.

"Gündəliyimizdən danışarkən biz həmçinin qeyd etməliyik ki, alternativ enerji mənbələrinə keçid prioritetlərimizdən biridir. Azərbaycan bərpa olunan enerji mənbələri potensialı yüksək olan ölkələrdəndir. Biz bu sektora xarici sərmayələr cəlb etmişik, günəş və külək elektrik stansiyaları inşa edirik. Aşağı karbonlu texnologiyalar, tullantılardan enerji istehsalı, yaşıl hidrogen, bioyanacaq, o cümlədən metan emissiyalarının azaldılması kimi sahələrdə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırırıq. Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik. 2030-cu ilədək daxili istehlak, iqtisadiyyatın karbonsuzlaşdırılması və ixrac məqsədilə quruda və dənizdə 8 QVt-dan çox “yaşıl enerji” layihələri xarici investisiya hesabına reallaşdırılacaq", - deyə nazir əlavə edib.

Həftənin ən çox oxunanları

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür

İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 21 il ötür
DAVAMIN OXU davamın oxu

Azərbaycanın bu şəhərinə yük avtomobillərinin girişi MƏHDUDLAŞDIRILDI

Azərbaycanın bu şəhərinə yük avtomobillərinin girişi MƏHDUDLAŞDIRILDI
DAVAMIN OXU davamın oxu

Prezident Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident Danimarkanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu