Operativ Məlumat Mərkəzi

İqlim dəyişikliyi bizim fəlakətimiz olacaq: "Təhlükə düşündüyümüzdən daha tez gələ bilər"

2 dəq
Paylaş:
İqlim dəyişikliyi bizim fəlakətimiz olacaq: "Təhlükə düşündüyümüzdən daha tez gələ bilər"
“Nature” jurnalında dərc olunan araşdırmada İngiltərənin Nyukasl Universitetinin bir qrup alimi qlobal dəniz səviyyəsinin qalxmasını araşdıran araşdırma...

Okean suları gözləniləndən daha tez qalxa bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya əsasən xəbər verir ki, “Nature” jurnalında dərc olunan araşdırmada İngiltərənin Nyukasl Universitetinin bir qrup alimi qlobal dəniz səviyyəsinin qalxmasını araşdıran araşdırma aparıb.

Tədqiqatda Norveç dəniz dibi və dənizdəki buz təbəqələri araşdırılıb. Alimlər müəyyən ediblər ki, Norveç sahillərindəki buz təbəqələri gündə 600 metrə qədər geri çəkilir.

Araşdırmalar nəticəsində Antarktidadakı buzlaq kütlələrinin gündə 30 metrdən çox geri çəkildiyi bildirilib. Bundan əlavə, araşdırmada iqlim dəyişikliyi səbəbindən Antarktidada buz təbəqələrinin əriməsinin okeanlarda suyun səviyyəsinin təxminən 1 santimetr yüksəlməsinə səbəb olduğu qeyd edilib.

Mövzu ilə bağlı BBC-yə açıqlama verən İngiltərənin Nyukasl Universitetindən Dr. Kristin Batçelor, temperatur artımı bu şəkildə davam edərsə, okean səviyyəsinin yüksələcəyinə diqqət çəkib.

Araşdırmanın nəticəsinin Qrenlandiya və Antarktidadakı buzların nə qədər sürətlə əriyə və qlobal dəniz səviyyəsini yüksəldə biləcəyinə aydınlıq gətirəcəyi bildirilir.

Buz kütlələrinin gözlənildiyindən daha qısa müddətdə əriyə biləcəyini bildirən elm adamları, buz kütlələrinin bu şəkildə əriməsi halında okean sularının qalxmasının böyük təsirləri olacağı barədə xəbərdarlıq ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər