Əsas məzmuna keç

İpoteka üçün 2 minə yaxın müraciət olub

İpoteka üçün 2 minə yaxın müraciət olub

İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ayırdığı yeni limitlər üzrə 2 minə yaxın...

İpoteka və Zəmanət Fondunun ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə banklara ayırdığı yeni limitlər üzrə 2 minə yaxın müraciət olub.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 6 fevral saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 7 fevral saat 10:00-dan başlanılıb.

Vətəndaşlardan müraciətlərin qəbulu (www.e-gov.az) portalına inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib.

Həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə verilməsi nəticəsində bu kreditlərə əhali arasında yüksək tələb formalaşıb.

Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.

Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.

Kalkulyator

Güzəştli, adi və ya bank ipotekası: aylıq ödənişi, ilkin ödənişi və lazım olan gəliri hesablayın.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…