İordaniya ordusu İran ərazisindən ölkəyə doğru buraxılan 5 raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Silahlı Qüvvələrin sözçüsü raketlərin ölkənin hava məkanına yönəldiyini, müşahidə və izləmə tədbirləri çərçivəsində vaxtında aşkarlanaraq məhv edildiyini açıqlayıb.
Sözçü vurğulayıb ki, İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanını, təhlükəsizliyini və suverenliyini qorumaq vəzifəsini yerinə yetirməyə davam edir.
O əlavə edib ki, ölkənin təhlükəsizliyini və vətəndaşların həyatını təhdid edən heç bir cəhdə imkan verilməyəcək.