Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"İnter" "Yuventus"un futbolçusunu transfer etməyi planlaşdırır

2 dəq
Paylaş:
"İnter" "Yuventus"un futbolçusunu transfer etməyi planlaşdırır

Milanın “İnter” klubu heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə transferləri üzrə insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, “İnter” bir müddətdir maraq göstərdiyi Palestranın “”yə transfer olunması səbəbindən alternativ variantlara yönəlmək məcburiyyətində qalıb. “Atalanta”nın futbolçusu olan Palestra ilə razılığa yaxın olan Milan təmsilçisinin bu planı London klubunun müdaxiləsi nəticəsində baş tutmayıb.

Bildirilib ki, bununla əlaqədar “İnter” yeni hədəf kimi “”un müdafiəçisi Andrea Kambyazoya diqqət yetirir. Hələlik tərəflər arasında rəsmi danışıqlar başlamasa da, yaxın günlərdə ilkin kontaktların qurulacağı gözlənilir.

Qeyd olunub ki, 26 yaşlı futbolçu ilə “Barselona” və “Çelsi” klubları da yaxından maraqlanır.

Məlumata əsasən, “Transfermarkt” portalı Andrea Kambyazonun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir. Onun “Yuventus”la mövcud müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax