“İnter” 20-ci dəfə çempion olub

“İnter” 20-ci dəfə çempion olub
23.04.2024 01:35
Aa
dəq

Futbol üzrə İtaliya A Seriyasının 33-cü turunun matçında “Milan”ı 2:1 hesabı ilə məğlub etmiş “İnter” vaxtından əvvəl çempionatın qalibi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qarşılaşma “Cüzeppe Meatsa” stadionunda baş tutub.

Qonaqların qollarını Françesko Açerbi (18-ci dəqiqə) və Markus Türam (49) vurub. “Milan”ın yeganə qoluna isə Fikayo Tomori (80) imza atıb.

Matçın əsas vaxtında meydanda hər iki komandanın futbolçuları arasında dava düşüb. “Milan”ın futbolçusu Teo Hernandes və “İnter”in müdafiəçisi Denzel Dümfris qırmızı vərəqə alıblar, daha sonra “Milan” ın futbolçusu Davide Kalabria dirsək zərbəsinə görə oyundan uzaqlaşdırılıb.

“İnter” 86 xal toplayıb və çempionatın başa çatmasına 5 tur qalmış çempionluğunu elan edib. “Milan” 69 xalla 2-ci yerdədir. “İnter” 20-ci dəfə İtaliya çempionu olub və titulların sayına görə (19 qələbə) “Milan”ı ötüb. Rekordçu isə 36 dəfə çempion olmuş “Yuventus”dur.

“İnter”in baş məşqçisi Simone İnzagi məşqçi kimi ilk dəfə İtaliya çempionu olub. O, 2021-ci ildən komandaya rəhbərlik edir və ona iki dəfə İtaliya Kuboku (2022, 2023) və üç dəfə Superkubok (2021, 2022, 2023) qazandırıb. Bundan əvvəl İnzagi İtaliya kubokunu (2019) və Superkubokunu (2017, 2019) qazandığı “Latsio”nun baş məşqçisi olub. O, futbolçu kimi “Latsio” ilə İtaliya çempionu (2000), UEFA Superkubokunun (1999), İtaliya kubokunun (2000, 2004, 2009) və İtaliya Superkubokunun (2000, 2009) qalibi olub.

Ötən mövsüm İtaliya A Seriyasında çempion “Napoli” olub.

Həftənin ən çox oxunanları

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub

UEFA Superkuboku matçını idarə edəcək hakim bəlli olub
DAVAMIN OXU davamın oxu

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib

Konfrans Liqası: “Sabah” səfərdə “Makkabi”ni məğlub edib
DAVAMIN OXU davamın oxu

"Zirə" UEFA Konfrans Liqasına qələbə ilə başladı

DAVAMIN OXU davamın oxu

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqası:
DAVAMIN OXU davamın oxu