İran ərazisinə qarşı həyata keçiriləcək hərbi hücumun müddəti ilə bağlı bəzi detallar məlum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatın birinci mərhələsinin dörd gün ərzində davam edəcəyi gözlənilir.
Hazırda regionda hərbi gərginliyin pik həddə çatdığı və tərəflərin qarşılıqlı bəyanatlarla çıxış etdiyi bildirilir.
Qeyd edək ki, hərbi əməliyyatın miqyası və hədəfləri barədə hələlik rəsmi açıqlama verilməyib, lakin ekspertlər bu müddətin strateji obyektlərin sıradan çıxarılması üçün nəzərdə tutulduğunu ehtimal edirlər.