İngiltərə Premyer Liqası: “Arsenal” liderliyə yüksəlib

İngiltərə Premyer Liqası: “Arsenal” liderliyə yüksəlib
10.03.2024 03:03
Aa
dəq

İngiltərə Premyer Liqasında XXVIII tura start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilk oyun günündə beş matç baş tutub. "Mançester Yunayted" doğma meydanda "Everton"u 2:0 hesabı ilə məğlub edib. Hər iki qol penaltidən vurulub. Bruno Fernandeş 12-ci, Markus Reşford isə 36-cı dəqiqədə fərqlənib.

Digər maraqlı oyunda “Arsenal” və “Brentford” komandaları üz-üzə gəliblər. Qarşılaşma London təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

“Arsenal”dan Deklan Rays və Kay Haverts, qonaqlardan isə Yoane Vissa fərqləniblər.

Günün digər oyunlarında “Vulverhempton” “Fulhem”ə 2:1 hesabı ilə qalib gəlib. “Bournmut” – “Şeffild Yunayted”lə 2:2, “Kristal Pelas” isə evdə “Luton”la 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 64-ə çatdıran “Arsenal” liderliyə yüksəlib. “Mançester Yunayted” isə 47 xalla altıncı pillədə qərarlaşıb.

Həftənin ən çox oxunanları

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub

Rəqib futbolçuya təpik atan Fernando Musleranın cəzası bəlli olub
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" klubu futbolçusuna yeni müqavilə təklif edib

DAVAMIN OXU davamın oxu

"Barselona" Yamal ilə müqaviləni uzadacaq

DAVAMIN OXU davamın oxu

"Napoli" Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir

DAVAMIN OXU davamın oxu

Mendi "Real"da qalacaq

Mendi
DAVAMIN OXU davamın oxu