Operativ Məlumat Mərkəzi

İngiltərə millisi Avropa çempionatlarında yeni rekorda imza atıb

1 dəq
Paylaş:
İngiltərə millisi Avropa çempionatlarında yeni rekorda imza atıb

Futbol üzrə İngiltərə millisi Avropa çempionatları tarixində yeni rekorda imza atıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Opta"ya istinadən xəbər verir ki, britaniyalılar buna yarımfinal mərhələsində Niderlanda qalib gəlməklə (2:1) nail olublar.

Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv həm 1/4 final, həm də yarımfinal matçında məğlub durumda olmasına baxmayaraq, geridönüş edərək finala yüksələn ilk komanda olub.

Qeyd edək ki, İngiltərə millisi iyulun 14-də reallaşacaq final matçında İspaniya ilə üz-üzə gələcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər