Operativ Məlumat Mərkəzi

İndoneziyada vulkan püskürməsi: Fövqəladə vəziyyət elan edilib

1 dəq
Paylaş:
İndoneziyada vulkan püskürməsi: Fövqəladə vəziyyət elan edilib
vulkan püskürməsi ilə əlaqədar bölgələrdə 828 nəfərin təxliyəsi qərara alınıb. İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari partlayış...

İndoneziyanın şimalındakı Ruanq vulkanında vulkan püskürməsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vulkan püskürməsi ilə əlaqədar bölgələrdə 828 nəfərin təxliyəsi qərara alınıb.

İndoneziya Milli Fəlakət Mərkəzinin (BPBD) sözçüsü Əbdül Muhari partlayış səbəbilə aprelin 29-na qədər “fövqəladə vəziyyət” elan edildiyini açıqlayıb.

Muhari həmçinin bildirib ki, partlayışdan sonra ətrafa yayılan kül ətrafdakı rabitə şəbəkələrinə ziyan vurub.

Vulkanın xəbərdarlıq səviyyəsinin 3-ə yüksəldildiyi barədə məlumatı paylaşan Muhari sakinlərə və turistlərə diqqətli olmalarını və vulkanın ətrafındakı 4 kilometrlik əraziyə girməməyi tövsiyə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər