Əsas məzmuna keç

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 46-ya çatıb

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 46-ya çatıb

bu barədə İndoneziyada Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentlik məlumat yayıb. Məlumata əsasən, sürüşmənin nəticəsi olaraq 24 kişi və 22 qadın...

İndoneziyanın qərbindəki Riau adalarında sürüşməsi nəticəsində ölənlərin sayı 46-ya çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İndoneziyada Fəlakətlərin İdarə Olunması üzrə Milli məlumat yayıb.

Məlumata əsasən, sürüşmənin nəticəsi olaraq 24 kişi və 22 qadın həyatını itirib. Hazırda 9 nəfər itkin düşən şəxsin axtarışları davam etdirilir.

Agentlik onu da bildirib ki, 2 mindən çox yerli sakin təhlükəsiz ərazilərə təxliyə edilib.

Xatırladaq ki, martın 6-da İndoneziyanın Riau adalarında güclü yağışları səbəbindən silsilə torpaq sürüşməsi nəticəsində 25 nəfərin öldüyü bildirilirdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…