Operativ Məlumat Mərkəzi

İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib

1 dəq
Paylaş:
İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib
{"az":"bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin əyalətin sahilyanı yaşayış məntəqəsi olan Sinabangdan 362 kilometr şərqdə, 10 kilometr dərinlikdə...","en":"","ru":""}

İndoneziyanın Açe əyalətinin bir hissəsində 5,9 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin əyalətin sahilyanı yaşayış məntəqəsi olan Sinabangdan 362 kilometr şərqdə, 10 kilometr dərinlikdə baş verdiyini bildirib.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi sunami təhlükəsinin olmadığı barədə xəbərdarlıq etsə də, ehtimal olunan yeraltı təkanlar barədə xəbərdarlıq edib. Agentlik ilkin maqnitudanın 6,3 olduğunu açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər