Operativ Məlumat Mərkəzi

İndoneziya yeni paytaxtına köçür

1 dəq
Paylaş:
İndoneziya yeni paytaxtına köçür
bu barədə xarici KİV məlumat yayıb. Belə ki, İndoneziya prezidenti Coko Vidodo Borneo adasındakı Şərqi Kalimantan əyalətində “Nusantara” adlanan yeni...

İndiki paytaxt Cakartanın təbii fəlakətlər, infrastruktur problemləri və qrunt sularından həddindən artıq istifadə ucbatından sürətlə “batması” səbəbindən İndoneziyada yeni paytaxta köçmək üçün aparılan işlər başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, İndoneziya prezidenti Coko Vidodo Borneo adasındakı Şərqi Kalimantan əyalətində “Nusantara” adlanan yeni paytaxtda tikilməkdə olan ərazilərə baxış keçirib. Yeni paytaxta köçmənin 80 faiz tamamlandığını bildirən Vidodo, gələn ay təmiz su bağlandıqdan sonra yeni ofisindən işə başlayacağını bildirib.

Tikintisi davam edən Prezident Sarayının qarşısında çıxış edən Vidodo, "Yeni ofisimlə bağlı son dərəcə nikbinəm. Avqust ayında Müstəqillik Günü qeyd etmələri çərçivəsində yeni paytaxtın rəsmi fəaliyyətə başlamasını planlaşdırırıq", - deyə qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər