Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İndoneziyada vulkanik kül səbəbindən 1558 uçuş ləğv edildi

2 dəq
Paylaş:
İndoneziyada vulkanik kül səbəbindən 1558 uçuş ləğv edildi

İndoneziyada yerləşən “” vulkanında baş verən güclü püskürmə ölkənin hava nəqliyyatında ciddi problemlərə səbəb olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, vulkanik kül buludlarının atmosferin yuxarı qatlarına qədər yüksəlməsi uçuşların təhlükəsizliyi ilə bağlı narahatlıq yaradıb.

Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, vulkanik külün hündürlüyü Yava bölgəsində 6 min metrə, Sumatra ərazisində isə 15 min metrə çatıb.

tədbirləri çərçivəsində ölkə daxilində və istiqamətlərdə ümumilikdə 1558 uçuş ləğv edilib.

Uçuşların dayandırılması 8 hava limanında 170 mindən çox sərnişinin yolda qalmasına səbəb olub.

İndoneziyanın naziri Dudy Purwagandhi bildirib ki, vulkanik külün Qərbi Yava istiqamətində yayılması müşahidə edildikdən sonra bəzi hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.

Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır və vulkanik külün yayılma istiqamətini mütəmadi olaraq monitorinq edir.

Uçuşların bərpası ilə bağlı qərarın vulkanik aktivliyin səviyyəsindən və hava məkanında təhlükənin aradan qalxmasından asılı olaraq veriləcəyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə