Hindistan yeddi ildən sonra ilk dəfə İran nefti alacaq.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Reuters" gəmi izləmə məlumatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, Hindistan bu həftə İran nefti almağa hazırlaşır.
Məlumata görə, bu addım ABŞ-nin İran neftinə qarşı sanksiyaları müvəqqəti yumşaltmasından sonra atılıb.
Qeyd edilib ki, Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazında neft tədarükündə problemlər yaranıb və bu səbəbdən Hindistan İran neftinə yönəlib.