“Dünya “yeni dünya nizamına” doğru irəliləyir və bu prosesdə Hindistan mühüm rol oynayır”.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi parlamentin yuxarı palatası olan Rajya Sabhada çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, İkinci Dünya Müharibəsindən sonra formalaşmış mövcud dünya nizamı dəyişməkdədir və dünya yeni bir mərhələyə qədəm qoyur. Onun sözlərinə görə, obyektiv təhlil göstərir ki, bu dəyişikliklər Hindistanın mövqeyinin güclənməsinə doğru yönəlib.
Modi vurğulayıb ki, Hindistan artıq Qlobal Cənubda təsirli və eşidilən bir səsə çevrilib.
“Bu gün dünya Qlobal Cənubdan danışır və Hindistan Qlobal Cənubun güclü səsidir. Mövcud vəziyyəti obyektiv və siyasi qərəzsiz təhlil etdikdə, Hindistana olan rəğbətin artdığı aydın görünür. Bütün dünyanın dostu və qardaşı kimi Hindistan bir çox ölkələr üçün etibarlı tərəfdaşa çevrilib”, – deyə Baş nazir əlavə edib.