Operativ Məlumat Mərkəzi

İmtahanda 700 balı təkcə o YIĞDI

1 dəq
Paylaş:
İmtahanda 700 balı təkcə o YIĞDI
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər...

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib.

Belə ki, imtahanda 400 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.

Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər