Ramazan ayında necə qidalanmaq lazımdır? - Dietoloq açıqladı

Ramazan ayında necə qidalanmaq lazımdır? - Dietoloq açıqladı
04.04.2023 18:55
Aa
dəq

Ramazan ayının yaz fəslinə təsadüf etməsi, orucun təxminən 14 saata yaxın olması aclıq və susuzluğu daha çox hiss etdirmiş olur. Belə halda necə düzgün qidalana bilərik?

Dietoloq Tutu Zeynalova "Operativ Məlumat Mərkəzi-OMM"-ə düzgün qidalanmanın yollarını açıqladı.

"Ümumiyyətlə, gün ərzində gümrah qalmaq üçün tək imsakda yox, iftar zamanı da diqqətli olmaq lazımdır. İftarda ana yeməkdə həddindən artıq duzlu qidalar, şorabalar istifadə etsəniz, yeməkdən sonra şiniyyatlara üstünlük versəniz, suyu az içsəniz bu növbəti gün baş ağrılarına , halsızlığa və özünüzü bitkin, yorğun hiss etməyinizə səbəb ola bilər. Buna görə də həm imsakda, həm də iftarda yemək seçimi edərkən düşünmək lazımdır. İlk növbədə su ehtiyacaınızı yetərincə ödədiyiniz zaman gün boyunca gümrah qalacaqsınız. İmsakda qətiyyən axşamdan qalan yeməkləri yeməyin. Yaxşı olar ki, seçim olaraq sizi gün boyunca tox tutacaq, enerjili hiss etdirəcək yumurtadan istifadə edəsiniz. Fərqli günlərdə müxtəlif şəkillərdə hazırlana bilər. İstər soyutma, istərsə tərəvəzli və ya isbanaqlı omlet ola bilər. Yəni zövqünüzə uyğun olaraq imsakda iki yumurta yemək tövsiyə olunur.

Bundan başqa lifli qidalara üstünlük vermək lazımdır. Yəni hər hansı bir salatı hazırlayıb istifadə edə bilərsiniz. Bu da gün boyunca həm susuzluq hissinizin az olmasını təmin edəcək, həm sizi tox tutacaq, həm də özünüzü daha enerjili hiss edəcəksiniz.

Zeytun duzlu olduğu üçün imsakda çox tövsiyə edilmir. İstifadə etsəniz belə axşamdan suda saxlayıb duzunun çəkilməsini gözləməyi tövsiyə edirik.

Çərəzlərdən istifadə etmək olar. Məsələn iki yumurta, iki-üç dənə qoz yesəniz bu sizi gün boyunca gümrah və tox tutacaq. Həmçinin də yağ qrupunda yer alan qidalar vacibdir. Bura həm çərəzlər aid ola bilər, həm salatın üzərinə əlavə etdiyiniz zeytun yağı aid ola bilər. Bunlar sizi gün boyunca tox tutacaq və gümrah hiss etdirəcək.

Həmçinin gündəlik yağ qrupunda yer alan, həm kalium ehtiyacınızı ödəyib sizi tox tutacaq, həm də sizi enerjili hiss etdirəcək avakadodan istifadə edə bilərsiniz. Bundan əlavə bir ədəd banandan istifadə edə bilərsiniz.

İmsakda çay istifadə edirsinizsə bitki çaylarından istifadə edin. Tünd çay, qəhvə istifadə etməyin. Bu sizin gün boyunca daha da susuz hiss etməyinizə gətirib çıxara bilər.

Un məmulatlarından çalışın imsakda istifadə etməyin. Çünki ağ undan hazırlanmış peçeniyalar, börəklər, çörəklər də qan şəkərinizin dalğalanmasına, halsızlığa səbəb ola bilər.

Həftədə bir-iki gün imsakda sadəcə su istifadə edərək, heç nə yeməyərək də keçirə bilərsiniz. Bu orqanizmin daha yaxşı təmizlənməsinə kömək edəcək.

Təbii ki, əgər çox ağır işdə çalışmırınızsa, gün ərzində çox enerji xərcləmirsinizsə bu şəkildə də qidalana bilərsiniz"

Dietoloq həmçinin qeyd edib ki, tamamilə uzaq durmalı olduğumuz qidalar işlənmiş ət məhsulları – sosislər, kolbasalar, energetik içkilər, burgerlər, nuggetslər, bu kimi qidalardan həm ramazan ayı boyunca, həm də digər zamanlarada uzaq durmalıyıq.

"Həddindən artıq şəkərli qidalardan istifadə etmək tövsiyə olunmur. Ramazan ayında desert istifadə edirsinizsə, yaxşı olar ki, südlü, meyvəli desertlərdən artıq olmamaq şərti ilə istifadə edin. Duzun istifadəsini minimuma endirin ki, susuz hiss etməyəsiniz. Şorabalardan, ağ undan hazırlanmış qidalardan mümkün qədər az istifada edin. Ümumiyyətlə, yeməyə oturduğunuz zaman şorbadan istifadə etdiniz, sonra proteyn - ət məhsulları, daha sonra isə salat istifadə edin. Karbohidratları sona saxlayın ki, Ramazan ayını sağlam başa vurun.

Qidaların seçimi ilə yanaşı onların hazırlanması da vacibdir. Həddindən artıq çox yağda hazırlanmış qidalardan az istiifadə edin. Daha çox sotelənmiş, sobada, tavada yağsız və ya ətin öz suyunda hazırlanmış qidalardan istifadə etsəniz daha yaxşı olar. Hazırladığınız yeməkləri yaxşı-yaxşı çeynəmək lazımdır ki, Ramazan ayını sağlam başa vuraq – həzmsizlik və ya başqa problemlərlə qarşılaşmayaq".

Zümrüd Allahverdi

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu