İmran Xanın həbsinə yeni order verilib

İmran Xanın həbsinə yeni order verilib
13.03.2023 16:07
Aa
dəq

Pakistanın keçmiş Baş naziri İmran Xanın həbsinə İslamabad məhkəməsi yeni order verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli “Dawn” nəşri yazıb.

Nəşrin məlumatına əsasən, siyasətçiyə qarşı ən azı 37 cinayət işi başlanılıb.

İmran Xana qarşı irəli sürülən ittihamların arasında hakimə və polisə qarşı hədə-qorxu gəlmək, ədəbsiz sözlər işlətmək də yer alır ki, buna əsasən də zaminə buraxılmaq hüququ olmadan həbs olunması, həmçinin 29 marta qədər məhkəmə qarşısına çıxarılması qərara alınıb.

Həftənin ən çox oxunanları