Əsas məzmuna keç

IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib

IMF-in İcraiyyə Şurası Azərbaycanın iqtisadi siyasətini müzakirə edib

Beynəlxalq Valyuta Fondunun (IMF) İcraiyyə Şurası martın 21-də fondun Nizamnaməsinin IV maddəsi çərçivəsində Azərbaycanda keçirilmiş illik...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Beynəlxalq Valyuta Fondunun (IMF) İcraiyyə Şurası martın 21-də fondun Nizamnaməsinin IV maddəsi çərçivəsində Azərbaycanda keçirilmiş illik məsləhətləşmələrin nəticələrini müzakirə edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" IMF-ə istinadən xəbər verir. Fondun , Yaxın Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon 2025-ci il yanvarın 22-dən fevralın 5-dək Bakıda səfərdə olub. Bu müddətdə o, hökumət və Mərkəzi Bank nümayəndələri ilə görüşlər keçirib.

IV maddəyə əsasən, IMF beynəlxalq valyuta sisteminin sabitliyini təmin etmək üçün üzv ölkələrin iqtisadi, maliyyə və valyuta siyasətinə nəzarət edir. Bu çərçivəsində fondun ekspertləri makroiqtisadi vəziyyəti təhlil edir, məlumat toplayır və milli hakimiyyət orqanları ilə əsas iqtisadi məsələləri müzakirə edirlər. Səfərin nəticələrinə əsasən hazırlanan hesabat İcraiyyə Şurasına təqdim edilir, bundan sonra isə ölkə hökumətinə öz tövsiyələrini göndərir.

IMF missiyası 2025-ci ilin əvvəlində Bakıya səfəri zamanı Azərbaycan hökumətinin iqtisadi bloku ilə makroiqtisadi göstəriciləri, neft-qaz sektorundakı vəziyyəti, dekarbonizasiya təşəbbüslərini, iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərini, həmçinin maliyyə sektorunun qiymətləndirilməsi ilə bağlı tövsiyələri müzakirə edib.

IMF-in məlumatında qeyd olunur ki, Azərbaycan hökumətinin fond əməkdaşlarının hesabatı və müvafiq mətbuat bəyanatı ilə tanış olması üçün əlavə vaxt tələb olunur.

Qeyd edək ki, Azərbaycan 18 sentyabr 1992-ci ildən IMF-in üzvüdür. 1995-2005-ci illərdə Valyuta fondu ölkədə iqtisadi islahatları dəstəkləmək məqsədilə ümumilikdə 577,3 milyon dolları məbləğində kredit ayırıb. Bu vəsaitlər tam qaytarılıb. 2006-cı ildən etibarən Azərbaycan və IMF arasında əməkdaşlıq IV maddə üzrə məsləhətləşmələr və makroiqtisadi siyasət sahəsində texniki dəstək çərçivəsində davam edir, çünki ölkənin fondun maliyyə resurslarına ehtiyacı olmayıb.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…