Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə birgə keçirdikləri tədbir zamanı Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərlini saxlayıblar.
Araşdırma zamanı T.Cəfərova məxsus yarımtikiliyə baxış keçirilib və 146 kiloqram qidaya yararsız at əti aşkarlanıb. Saxlanılan şəxslər yararsız at ətini mal əti adı altında Bakı şəhərində satmaq niyyətində olduqlarını etiraf ediblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.