Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün şərəfdir

2 dəq
Paylaş:
İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün şərəfdir

WUF13-ə ev sahibliyi etmək üçün böyük şərəfdir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına verdiyi müsahibədə deyib.

"WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Burada 182 ölkə təmsil olunur. Bu isə Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir. Bildiyimə görə, iştirakçıların sayı rekord həddə çatıb. Bu da həm mövzunun nə qədər mühüm olduğunu, həm də ev sahibi ölkənin geniş əlaqələrə malik olduğunu nümayiş etdirir", - vurğulayıb.

lideri qeyd edib ki, forum indiyədək görülən işlər, gələcək planlar barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşların təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir:

"Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax