Əsas məzmuna keç

İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə X Qlobal Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının vurğulanıb.

Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirilib.

Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq Prezidentinin görüşləri xatırlanıb, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlərinin uğurlu inkişafı qeyd edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…