Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, dövlət başçısı bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Prezident Donald Tramp 8 avqust 2025-ci ildə təşkil etdiyi Vaşinqton sülh sammitində Azərbaycanla Ermənistan arasında sülhün təşviqində tarixi rol oynadı. Onun sülh prosesinə verdiyi mühüm töhfənin tanınması məqsədilə mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərib.
Biz Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi tarixi səylərin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə səmimi qəlbdən ümid edirik", - paylaşımda deyilir.